ŞOK OLAY: "Ana 17 yaşlı qızını..." - Ömürlük həbs verildi - VİDEO
30-12-2022, 18:14

17 yaşlı qızını boğaraq öldürən anaya ömürlük həbs cəzası verilib. 

AZİNFORM.AZ xəbər verir ki, hadisə Ankarada baş verib. Ankara 15-ci Ağır Cəza Məhkəməsində keçirilən prosesdə ana Həmidə Çakmak son söz olaraq, "Heç nə demirəm. Ədalətinizə güvənirəm" ifadələrini söyləyib.

Bildirək ki, olay cari ilin yanvar ayının 22-də Ankaranın Mamak rayonunda baş verib. 

Belə ki, Həmidə Çakmak polisə zəng edərək qızı Esma Nur Çakmağı kəndirdən asılmış vəziyyətdə tapdığını və intihar etdiyini bildirib. Evə baxış keçirən polis əllərində və qollarında çapıqlar olan ata Yunus Çakmak və ziddiyyətli ifadələr verən ana Həmidə Çakmağı saxlayıb. 

Dindirilmə zamanı qızını öldürdüyünü etiraf edən Həmidə Çakmak həbs olunub. Yunus Çakmak isə sərbəst buraxılıb.





up