Xəzər dənizində faciə: Ölənlər var
13-12-2022, 16:42

Xəzər dənizində balıq tutmaq istəyən şəxs batıb.

AZİNFORM.AZ-ın əldə etdiyi məlumata görə, hadisə dənizin Xaçmaz rayon sahillərində baş verib.

Belə ki, balıq tutmaq üçün dənizə gedən 4 nəfər suya düşüb. Onlardan üçü xilas olsa da, digəri batıb. Hadisə zamanı xilas olan 3 nəfər onun meyitini sudan çıxarıb.

Hazırda faktla bağlı araşdırmalara başlanılıb.





up