28 yaşlı gənc hamam otağında ölü tapıldı - YENİLƏNİB - VİDEO
9-12-2022, 22:11

Göygöldə dəm qazından zəhərlənən 28 yaşlı Mikayıl Alpaşayevin yaxınları hadisənin necə baş verdiyini danışıb.

Qazla işləyən su qızdırıcısı soyunub-geyinmə otağında olsa da, təhlükə yenə qaçılmaz olub. Ehtimal edilir ki, mərhum çimərkən vanna otağının qapısını açıq qoyub.

Mikayılın əmisi bildirib ki, ailə üzvləri mərhumun hamamda çox qalmasından şübhələnərək qapını qırıb içəri daxil olublar:

“Qızım qapını qırıb, görüb ki, yerdə uzanıb”.

Daha ətraflı Baku TV-nin süjetində:


Göygöldə iki nəfər dəm qazından zəhərlənib. 

AZİNFORM.AZ xəbər verir ki, hadisə rayonun Mollacəlilli kəndində qeydə alınıb.

1994-cü il təvəllüdlü Kamil Musayev yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib. 28 yaşlı kişi xəstəxanaya çatdırılsa da, öldüyü məlum olub.

Digər hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb. Kənd sakini 1980-ci il təvəllüdlü Dilşad Ələsgərova yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib. Qadın xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Faktlarla bağlı araşdırma aparılır.






up