DİGƏR XƏBƏRLƏR
Ailə üzvləri ölən qadını 10 il sonra məzardan çıxarıblar.
AZİNFORM.AZ xəbər verir ki, dünya Dominikan Respublikasında baş verən bu hadisədən danışır.
Belə ki, bir ailə düz 10 il əvvəl dünyasını dəyişən nənələrini məzardan çıxarıb. Qadına ağ paltar geyindirən ailə üzvləri qadının saçının və skeletinin hələ də yerində qalması qarşısında şoka düşüblər.
Qonşular da mövzu ilə bağlı açıqlama veriblər:
"O, sağ olanda çox yaxşı insan idi. Bədəninin hələ də salamat qalması bununla bağlı ola bilər",- deyə qonşular bildiriblər.
Digər tərəfdən, ailə üzvləri bütün təkidlərə baxmayaraq meyiti torpaqdan niyə çıxardıqları ilə bağlı açıqlama verməyib. /azxeber.com/