Bu gecə tanınmış rəqqas Dəyanət Məmmədov intihar edib.
Onun Qubada kirayə qaldığı mənzilində özünü asaraq həyatına son verdiyi bildirilir.
Rəqqasın qohumu Nurlan Əzizov AZİNFORM.AZ-a intiharın səbəblərindən danışıb.
Onun sözlərinə görə, mərhum həyat yoldaşından ayrılmaq ərəfəsində olub:
“Özüm hazırda dəfnə tələsirəm, nədən intihar etdiyini dəqiq bilmirəm. Ailəsi ilə bağlı problemləri vardı. Borclarının olduğunu bilirəm, yəni bildiyim məlumatlar bunlardır. İki qızı vardı, 30-dan çox yaşı olardı”.
Rəqqasın musiqiçi dostu Təbriz Məzahiroğlu isə intihar xəbərini dostlardan öyrəndiyini deyib:
“Sağlam adam idi, sənət adamı kimi yaxın idik. İntihar səbəbini bilmirəm".