Azərbaycanda ŞOK: Sevgilisindən ayrılan tələbə qız özünə bıçaqla XƏSARƏT YETİRDİ
5-12-2022, 13:42
Azinform.Az - Azerbaycanin informasiya Merkezi

Lənkəranda intihara cəhd olub.

Hadisə ötən gün Lənkəran şəhərində qeydə alınıb.

Lənkəran Dövlət Universitetin tələbəsi, Hacıqabul rayon sakini, 17 yaşlı R.Ə. kirayədə qaldığı evdə özünü bıçaqlayıb.

Qarın nahiyəsindən bıçaq xəsarətləri alan tələbə xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağır qiymətləndirilir.

İlkin məlumata görə, tələbə qız sevgilisindən ayrıldığı üçün özünü öldürmək istəyib.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır. /lent.az/





up