Xəstə yaxınlarının hücumuna məruz qalan həkimin burnu qırıldı - VİDEO
29-11-2022, 17:25

Türkiyənin Şanlıurfa Təhsil və Araşdırma Xəstəxanasında həkim hücuma məruz qalıb.

AZİNFORM.AZ xəbər verir ki, təcili yardım xidmətində növbətçi olan həkim Orxan Həqi növbəyə görə xəstəni müayinə edərkən otağın qarşısında gözləyən digər xəstə yaxınları ilə mübahisə edib. 

Aldığı zərbədən burnu qırılan həkim təcili yardım otağında ilk müdaxiləsindən sonra əməliyyata alınıb.  

Hücumu təşkil etdiyi iddia edilən şəxs polis tərəfindən saxlanılıb.





up