Pilot uçuş zamanı vəfat etdi
24-11-2022, 23:07

ABŞ-də pilot uçuş sırasında vəfat edib.

AZİNFORM.AZ xəbər verir ki, Çikaqodan Kolumbusa uçan təyyarənin pilotu bir müddət sonra huşunu itirib.

Hadisədən sonra təyyarə Çikaqoya qayıtmağa məcbur olub. Bütün müdaxilələrə rəğmən, pilotun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı Federal Aviasiya İdarəsi araşdırma başladıb.





up