Avtobusda halı pisləşən məktəbli vəfat etdi
22-11-2022, 16:03

Gəncədə məktəbli oğlan qəfil vəfat edib.

AZİNFORM.AZ "qafqazinfo"ya istinadən xəbər verir ki, şəhər sakini, 2011-ci il təvəllüdlü R.Rəhimli bu gün səhər saatlarında məktəbə gedərkən avtobusda halı pisləşib. Uşaq xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Azyaşlının anadangəlmə ürək çatışmazlığı olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.





up