3 turist partlayış törədilən İstiqlal küçəsində təşviş yaratdı - ANBAAN VİDEO
21-11-2022, 15:02

Türkiyədə 3 turist partlayış törədilən İstiqlal küçəsində layk yığmaq məqsədilə video çəkib.

AZİNFORM.AZ xəbər verir ki, videoda ərəb dilində danışan turistlər şübhəli bağlamanı götürüb qaçmağa başlamsı öz əksini tapıb. Görüntülərin partlayışdan sonrakı günlərdə paylaşılması əhali arasında təşviş yaradıb.

Türkiyə Daxili işlər Nazirliyi apardığı araşdırmalardan sonra video köhnə olsa da, sözügedən turistlərin cəzalandırılacağını açıqlayıb:

“Ölkəmizə gələn 3 turist tərəfindən sosial mediada bəyənmə qazanmaq məqsədi ilə İstiqlal küçəsində çəkildiyi hesab edilən yumoristik videonun çəkiliş tarixinin terror aktından əvvəl olduğu müəyyənləşib. Lakin videonun hücumdan bir neçə gün sonra paylaşılması həm məsuliyyətsizlik, həm də təxribata açıq hesab olunur. Bu cür qərəzli cəhdlərin ölkəmizdəki əmin-amanlıq mühitini pozmaq, əcnəbiləri, turistləri və mühacirləri vətəndaşlarımızla qarşıdurmalara gətirmək niyyətinin olduğu da qiymətləndirilir.

Dünyanın bir çox dövlətinin ölkəmizin ağrısını başsağlığı mesajı ilə paylaşdığı belə bir mühitdə Türkiyənin həssaslığını nəzərə almadan sözügedən paylaşımı edərək təxribata səbəb olan bu məsuliyyətsizliklə bağlı inzibati tədbirlərə başlanılıb.

Aparılan araşdırmalarla görüntülərdəki 3 nəfərdən F.R.-nin 8 noyabrda A.O.-nun isə 10 noyabrda ölkəmizi tərk etdiyi müəyyən edilib. Hələ də həbsdə olan digər əcnəbinin ölkəni tərk etməsi üçün lazımi inzibati proses həyata keçirilir” – məlumatda qeyd edilib.

Qeyd edək ki, ötən bazar PKK/YPG ilə əlaqəsi olan suriya əsilli Əhləm Əlbəşirin İstiqlal küçəsində terakt törətməsi nəticəsində 6 nəfər ölmüş, 81 nəfər yaralanmışdı.





up