Sumqayıtda yataqxanada yanğın olub.
AZİNFORM.AZ APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin 18-ci məhəlləsində 1 saylı yataqxanada olub.
Belə ki, yataqxananın birinci mərtəbəsində Sima Muxtarovaya məxsus 1 otaqlı mənzildə yanğın olub. Hadisə zamanı mənzilin dəhlizinin yanar konstruksiyaları və geyim əşyaları yanıb. Mənzil sahibi xilas edilib, yanğının digər ərazilərə keçməsinin qarşısı alınıb.
Yanğının baş vermə səbəbləri araşdırılır.