15 nəfərin öldüyü kafenin azərbaycanlı sahibi saxlanıldı
10-11-2022, 23:30

Rusiyanın Kostroma şəhərində 15 nəfərin öldüyü “Poliqon” klubundakı yanğınla bağlı obyektin sahibi, Kostroma dumasının deputatı İxtiyar Mirzəyev həbs edilib.

AZİNFORM.AZ xəbər verir ki, İxtiyar Mirzəyev “yanğın təhlükəsizliyinin pozulması nəticəsində iki və daha çox insanın ölümünə səbəb olma” maddəsi üzrə ittiham olunur.

Onun barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib.





up