DİN-in hərbçisi azad edilmiş ərazidə minaya düşüb
7-11-2022, 09:31

Daxili İşlər Nazirliyinin (DİN) hərbçisi işğaldan azad edilmiş ərazidə minaya düşüb.

Bu barədə AZİNFORM.AZ-a DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, partlayış nəticəsində hərbçi xəsarət alıb.

Xəsarət alan hərbi qulluqçu dərhal xəstəxanaya yerləşdirilib.





up