DİGƏR XƏBƏRLƏR
Brazilyanın San-Paulo şəhərində 7 yaşlı uşağı dünyanın ən zəhərli əqrəbi sancıb və o, əzablar içərisində qıvrılaraq keçinib.
AZİNFORM.AZ xəbər verir ki, dünyanın ən zəhərli heyvanı sayılan qara əqrəb 7 yaşlı Luiz Migel Furtado Barbosanın həyatına son qoyub.
Məlumata görə, uşaq, ayaqqabısını geyinərkən əqrəb sancıb.
O, dərhal xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.
2 gün ərzində 7 dəfə ürəktutması keçirən 7 yaşlı uşaq, əqrəb sancmasından 48 saat sonra xəstəxanada keçinib. /publika.az/