Balıq ovuna gedən kişini İTİ GÜLLƏLƏDİ
1-11-2022, 19:37

Tümen vilayətinin Tobolsk rayonunda itin təsadüfən yerə atdığı silahdan açdığı atəş nəticəsində bir nəfər ölüb.

AZİNFORM.AZ Rusiya KİV-nə istinadla bildirir ki, bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.

“İki kişi balıq tutmağa gedib. Yanlarında itlər də olub. Versiyalardan birinə görə, it silaha toxunub, bundan sonra silahdan atəş açılıb. Nəticədə kişilərdən biri yaralanıb”, - məlumatda bildirilir.

Bir müddət xəsarət alan balıqçı huşunu itirməsə də, həkimlər gələnə qədər dünyasını dəyişib.  /lent.az/





up