Rusiyanın Krasnodar diyarının Yeysk şəhərində təyyarə yaşayış binasının üzərinə düşüb.
AZİNFORM.AZ Rusiya bürosu yerli Telegram kanallarına istinadən xəbər verir ki, hadisə nəticəsinə güclü partlayış baş verib, ölən və yaralıların olduğu bildirilir.
Hadisə şahidləri yaşayış binasına hərbi təyyarənin çırpıldığını bildiriblər.
Rusiya KİV-in yaydığı məlumata əsasən, qəzaya uğrayan Su-34 qırıcısı olub. Pilotun katapult edərək xilas olduğu bildirilib.