Rusiyada hərbi hissədə atışma olub - YENİLƏNİB
16-10-2022, 09:12

Belqorod vilayətində poliqonda törədilən terror aktı nəticəsində 11 nəfər həlak olub, 15 nəfər yaralanıb. Qərb Hərbi Dairəsinin poliqonunda olan iki terrorçu cavab atəşi ilə məhv edilib, hüquq-mühafizə orqanları hadisə yerində işləyir.

AZİNFORM.AZ "Unikal"-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

***22:49

Rusiyanın Belqorod vilayətindəki hərbi hissədə atışma olub.

"Unikal" Rusiya KİV-lərinə istinadən xəbər verir ki, atışma nəticəsində ölənlər və yaralılar var.

Hadisəni naməlum şəxslərin törətdiyi deyilir. Baş verənlərlə bağlı başqa təfərrüatlar verilməyib.





up