Türkiyədə intihar edən azərbaycanlı qadının yaxınları axtarılır.
AZİNFORM.AZ xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb. Məlumata görə, 1994-cü il təvəllüdlü Zeynalova Gülzar Füzuli qızının meyiti Dənizli vilayətində aşkar edilib.
G.Zeynalovanın meyiti hüquq-mühafizə orqanları tərəfindən morqa təhvil verilsə də, hələ ki, yaxınlarından heç kim müəyyən edilməyib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, məsələdən xəbərdardırlar: "Hazırda araşdırma aparılır". /apa/