Xətai rayonunda baş verən yanğınla əlaqədar əraziyə TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları cəlb edilib.
Bu barədə AZİNFORM.AZ-a TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, hadisə nəticəsində 21 (10-u kişi, 11-i qadın, 2-si uşaq olmaqla) nəfərdən 19-na yerində yardım edilib.
İki nəfər isə TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə yerləşdirilib. Onların müalicəsi davam edir.