Deputat: "Bu məsələyə doğru desəm, yaltaqlıq kimi qiymətləndiriləcək"
12-09-2022, 21:02

Xəbər verdiyimiz kimi, bir qrup ictimai fəal Prezident İlham Əliyevə müraciət ünvanlayıblar. Müraciətdə deyilir ki, Araz çayı boyunca Füzuli beynəlxalq hava limanı ətrafında çoxmilyonluq  şəhər salınmasına razılıq və tikilməsinə sərəncam verməyiniz xahiş olunur. Onlar şəhərin adının Ulu öndərin şərəfinə “Heydərabad” qoyulması təklifini irəli sürüblər.

AZİNFORM.AZ xəbər verir ki, məsələ ilə bağlı Demokrat.az-a Milli Məclisin deputatı Razi Nurullayev fikirlərini bölüşüb.  

“Bu məsələyə fikir bildirməkdə çətinlik çəkirəm. Müxalifət partiyası sədrinin bu sayaq məsələlərə doğru deməsi yaltaqlıq, yox deməsi isə qərəz kimi qiymətləndirilir. Ona görə də  bu tip məsələlərə YAP deputatları, təmsilçiləri və neytral adamlar fikir bildirsin. Deyim ki, bu gün Qarabağın bərpası üçün bütün qüvvələr sərf olunub və adın nə olub-olmamasından asılı olmayaraq, işlər sürətlə aparılır. Bizdə belə bir ənənə və inam qalıb ki, əgər dediyiniz ad olsa, onda şəhər daha gözəl və daha tez tikiləcək. İnşallah, Qarabağı tezliklə abad və gözəl görək”. 






up