“Rus dilinə qadağa qoysaq, çevrilib Ukrayna olacağıq” - Araz Əlizadə
13-08-2022, 18:10

“Bəziləri tövsiyə edir ki, ictimai yerlərdə rus dilində danışılmasın, buna qadağa qoyulsun. Xeyr. Çox axmaq, səfeh fikirdir. İnsan hansı dildə istəyir, o dildə də danışır. Buna qadağa qoymaq lazım deyil. Qadağa qoysaq, çevrilib Ukrayna olacağıq. İstəmirəm ki, Azərbaycan Ukraynaya çevrilsin”.

Bu fikirləri AZİNFORM.AZ-a açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının sədri, keçmiş deputat Araz Əlizadə deyib.

A.Əlizadə uşaq bağçalarında Azərbaycan bölmələrinin sayının azalmasına, hətta bəzi bağçalarda bu bölmənin olmamasına da münasibət bildirib: “Bunun üçün uşaq bağçalarında və məktəblərdə Azərbaycan bölmələrində təhsilin səviyyəsini artırmaq lazımdır. Azərbaycan bölmələrində təhsil zəifdir. Təəssüf ki, ona görə də valideynlər uşaqlarını rus bölməsinə verirlər”. /pravda.az/

AZİNFORM.AZ





up