“İki gün öncə yolum aerokassaya düşmüşdü. Bakı-Naxçıvan reysləri haqqında məlumat yazılan ekrana baxanda elə bildim səhv görürəm. Sonra iki dəfə saydım, gördüm ki, yox, yanlışlıq yoxdur. Bir gün ərzində Naxçıvana nə az-nə çox, düz 23 reys var idi. Bu yolu gedib- gələnlər yaxşı bilir, bu rəqəm nə deməkdir. Biz ən kritik zamanlarda 10, uzağı 12 reys görmüşük”.
AZİNFORM.AZ xəbər verir ki, bunu “Həmrəy» Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin sədri Çingiz Özgür deyib.
O, hesablama da aparıb:
“”23 reys, hər reysdə ən az 100 adamnan 2300 adam. Gediş-dönüşü nəzərə alsaq 4600 sərnişin. Hər sərnişin başına 10 manatdan artım, 46 000 (qırx altı min manat). Sadəcə bir sutkaya 46 000 manat. Vurun bunu bir aya. 30×46000= 1380000 ( bir milyon üç yüz səksən min manat).
Bu günkü qiymət artımı (“güzəşt azaldı” sıvaması) bir aya bu qədər fərq deməkdir”.
O vurğulayıb ki, reys sayı 30 da olsa bəs etməz:
“Bilirsiniz niyə? Camaat ayda bir dəfə Naxçıvana uçub, ordan İğdıra keçir. Bir aylıq ərzaq və lazımi şeylər alıb qayıdır. Qiymətlərdə o qədər fərq var ki, yol-iz bilən istənilən adam bu yoldan ayda bir dəfə istifadə edərək dolanmağa çalışır. Bax, budur idarə etdiyiniz ölkənin durumu…
Üstəgəl Türkiyəyə gedən bütün tələbələr, iş üçün, xəstəxana üçün gedənlər Naxçıvandan gedir. Üstəgəl İrana gedənlər, Məşhəd ziyarətçiləri, Kərbala ziyarətçiləri bu yolu gedir. Ümid Zəngəzur dəhlizinə qalıb…”