Azərbaycan və Ermənistan sərhəd komissiyalarının iclası başa çatıb
31-01-2024, 23:10

Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyaların növbəti - altıncı iclası başa çatıb.

Bu barədə Ermənistan KİV məlumat yayıb.

13:51

Bu dəqiqələrdə Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə komissiyanın növbəti iclası başlayıb.

Ermənistan KİV-in məlumatına görə, sərhədin Qazax-İcevan hissəsində təşkil edilən görüş Azərbaycan Respublikasının baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanın rəhbərliyi ilə keçirilir.

Xatırladaq ki, tərəflərin iştirakı ilə bundan əvvəlki görüş ötən il noyabr ayının 30-da sərhəddə baş tutub.






up