Göydən daş yox, sərvət düşdü
24-01-2024, 00:34

Almaniyanın Elmshorn şəhərində Şahin Ailəsinin bağçasına düşən meteorit üçün 200 min Avrodan çox təklif edilib.

AZİNFORM.AZ xəbər verir ki, türk əsilli Şahin Ailəsinin yaşadığı evin bağçasına 3,7 kiloqram ağırlığında nadir meteorit düşüb. 46 yaşlı Mahmut Şahin deyib:

“Bir çox insan meteoriti almaq üçün təklif etdi. Hindistandan bir nəfər mənimlə əlaqə saxladı. Qətərdə keçiriləcək hərracda iştirak etməyi düşünürdük. Hətta bizim evə amerikalılar da gəldi”.

Meteoritin ekspertlər tərəfindən araşdırıldığını və qiymətləndirildiyini bildirən Şahin, təxminən 200 min avroya alıcı ilə razılaşmaq istədiklərini deyib. /publika.az/


AZİNFORM.AZ





up