AŞPA-nın Bakıya qarşı qərarı... - Türkeş Strasburqdan danışdı
24-01-2024, 00:23

Baş verənlər yeni bir şey deyil. BMT-nin Laçın yolu ilə bağlı bütün məsələlərin beynəlxalq hüquqa uyğun şəkildə yerinə yetirilməsini rəsmi şəkildə bildirməsinə rəğmən, əvvəldən bəri AŞPA-da bir qrup parlamentari sözügedən məsələ ilə bağlı Azərbaycanı tənqid edir.

Bu sözləri açıqlamasında Türkiyənin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Toğrul Türkeş AŞPA-nın Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnu məhdudlaşdırması və etimadnaməsinin təsdiqini mübahisələndirməsi haqda danışarkən deyib.

Millət vəkili Azərbaycanı dəstəkləyəcəklərini, hazırlanan məruzəyə etiraz ediləcəyini bildirib:

“Bəhs etdiyimiz qrupun qış sessiyasının əvvəlində etdikləri cəhdlə azərbaycanlı qardaşlarımızın etimadnaməsinin təsdiqlənməsi təxirə salındı. Hazırda mövzu ilə bağlı məruzə hazırlanır. Sabah isə məruzənin müzakirəsi keçiriləcək. Biz də prosesi çox yaxından izləyirik. AŞPA-nın fəaliyyət mexanizminə əsasən, burada ölkə kimi deyil, ayrı-ayrı üzvlər kimi münasibət bildirmək mümkündür. Məruzə müzakirə edildiyi zaman nümayəndə heyətimizdəki dostlarımız söz alıb öz etirazlarını bildirəcəklər. Azərbaycana dəstəyimizi ifadə edəcəyik”.

Qeyd edək ki, AŞPA-nın qış sessiyasının ilk iclasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsi təsdiqlənməyib. Təklifi almaniyalı deputat Frank Şvabe verib və digər parlamentarilər tərəfindən dəstəklənib. Təklif qərar qəbul edilməsi üçün Monitorinq Komitəsinə göndərilib.  /axar.az/

AZİNFORM.AZ






up