FHN-də rəislər işdən çıxarıldı
24-01-2024, 00:21

Fövqəladə Nallar Nazirliyinin (FHN) Samux və Qax rayon Dövlət Yanğından Mühafizə Hissələrinin rəisləri işdən çıxarılıb.

Müvafiq əmrlə Elnur Oqtay oğlu Xudaverdiyev Samux, Cəlaləddin Nazim oğlu Əfəndiyev isə Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsindən azad edilib.

Əhmədəli Eyvaz oğlu Eyvazlı Qax, Ruslan Zahid oğlu Mehtiyev Samux rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi təyin olunub.

Qeyd edək ki, işdən çıxarılan Elnur Xudaverdiyev 2009-cu ildən Samux rayon Dövlət Yanğından Mühafizə Hissəsinin, Cəlaləddin Əfəndiyev ötən ilin iyul ayından Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi olub.






up