ABŞ-nin Azərbaycandakı planları ifşa edildi: Görüş ləğv olundu
26-11-2023, 16:05

ABŞ-nin Azərbaycandakı Səfirliyinin bu ölkədə təhsil almış azərbaycanlı məzunlarla görüşü ləğv edilib.

Buna səbəb tədbirin əsl mahiyyətinin ifşa edilməsi olub.

Belə ki, noyabrın 27-də “JW Marriott Absheron” hotelində baş tutacaq görüşdə ABŞ-nin Azərbaycanda fəaliyyət göstərən agentura şəbəkəsinin bir araya gəlməsi gəzlənilirdi. Bu görüşdə təhsil adı altında ABŞ-də olarkən məxfi əməkdaşlığa cəlb edilmiş şəxslərin iştirakı planlaşdırılırdı.

Lakin Azərbaycanın müvafiq strukturlarının operativ işi və cəmiyyətin qətiyyətli reaksiyası Vaşinqtonun ölkəmizdəki pozucu fəaliyyətini növbəti dəfə uğursuzluğa düçar etmiş oldu.





up