“Ermənistan Azərbaycanla danışıqlarda iştirak etməyə hazırdır”.
AZİNFORM.AZ xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda qeyd olunub.
“Ermənistan bütün çətinlik və çağırışlara baxmayaraq, iki ölkə arasında sülhün bərqərar olması üçün real imkanın olduğunu hesab edir”, - deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, noyabrın 21-i Ermənistan sülh müqaviləsi üzrə 6-cı təkliflər paketini Azərbaycana təqdim edib. /qafqazinfo/