Azərbaycana icazənin müddəti daha 1 il UZADILDI
15-11-2023, 20:46

Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı vəzifə müddətinin 1 il uzadılması təklifi Türkiyə Böyük Millət Məclisində qəbul edilib.

AZİNFORM.AZ xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı vəzifə müddətinin daha bir il uzadılması ilə bağlı prezident memorandumu Türkiyə Böyük Millət Məclisinin Baş Məclisində qəbul edilib.

Memorandumda Azərbaycan, Ermənistan və Rusiyanın 9 noyabr 2020-ci il tarixində imzaladığı Üçtərəfli Bəyannamədə nəzərdə tutulan fəaliyyətlərin davam etdiyi vurğulanıb.

Bildirilib ki, Azərbaycana güclü dəstək verən Türkiyə bundan sonra da regionda sülhün və sabitliyin qorunub saxlanılması və möhkəmləndirilməsinə mühüm töhfələr verəcək.

Memorandumda Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətinin də çalışdığı Rusiya ilə yaradılmış Birgə Mərkəz vasitəsilə Türkiyənin bölgənin təhlükəsizliyinə və tərəflər arasında etimadın qurulmasına töhfə verdiyi vurğulanıb.

Müzakirələrin sonunda keçirilən səsvermədə təklif qəbul edilib. 

AZİNFORM.AZ




up