Qarabağ ermənilərinin “şəxsiyyət vəsiqələri” olmayıb, onlara yalnız “səyahət pasportu” (Xarici pasport nəzərdə tutulur) verilib.
AZİNFORM.AZ xəbər verir ki, bu barədə Ermənistan mətbuatı yazıb.
Mənbə qeyd edir ki, erməni müxalifəti bu faktlara kəskin etirazını bildirib.
Xüsusilə “Ermənistan” fraksiyasından olan deputat Qeqam Manukyan vurğulayıb ki, hakimiyyət adi bir suala cavab verə bilmir, Ermənistan vətəndaşlarına nə vaxt biometrik pasportlar veriləcək:
"Bir vaxtlar Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərə verilən mavi rəngli pasportlar vətəndaşlıq şəhadətnaməsi hesab edilmir. Bu baxımdan onların Ermənistanda müxtəlif dövlət vəzifələrində çalışması qeyri-mümkündür.
Xatırladaq ki, Xocavənddə anadan olan Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın və Hadrutda doğulan Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Edvard Əsryanın da belə pasportları var".
Marukyanın sözlərinə görə, Azərbaycana qarşı döyüşən Qarabağ separatçıları onlarda yalnız səyahət pasportlarının olduğunu bilməyiblər. /bizim.media/