“Ermənilər Qarabağdan çıxmağa könüllü şəkildə qərar veriblər. Onları kimsə buna məcbur etməyib. Azərbaycan bu məsələdə beynəlxalq hüquq normalarını pozmayıb”.
Bu fikirləri Bakupost.az -a açıqlamasında millət vəkili Asim Mollazadə bildirib.
Onun sözlərinə görə, Qarabağda qalan və Azərbaycan vətəndaşlığını qəbul edən ermənilərin təhlükəsizliyi təmin olunur:
"Onlar digər vətəndaşlarımızla eyni hüquqlara malikdir və suveren ərazilərimizdə tam təhlükəsiz yaşaya bilərlər".
A.Mollazadə qeyd edib ki, son antiterror tədbirləri zamanı Azərbaycan mülki əhaliyə ziyan vuracaq heç bir addım atmayıb:
"Bilavasitə legitim hərbi hədəflərə zərbə vurulub. Bununla da Azərbaycan ərazisində qalmış qanunsuz erməni silahlı birləşmələri təslim olub. Bununla da Qarabağ erməni separatçılardan təmizlənib".
AZİNFORM.AZ