DİGƏR XƏBƏRLƏR
"İkinci Qarabağ müharibəsi zamanı ermənilər çaxmaşmaya düşmüşdülər. Müharibə başlayan kimi Badarada ermənilərin hamısı qaçıb getmişdilər. Demək olar ki, bir erməni belə qalmamışdı. Yalnız üçtərəfli bəyannamə imzalandıqdan sonra ermənilər geri qayıtdılar".
AZİNFORM.AZ xəbər verir ki, bu sözləri Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı soyqırım törətməkdə təqsirləndirilən erməni Vaqif Xaçatryan məhkəmədə deyib.
Daha sonra Xaçatryan qeyd edib:
"Kim ki, müharibədə iştirak etmişdi, azərbaycanlılara qarşı soyqırım törətmişdi Allah onların cəzasını verdi, canını aldı. İndi onlardan sağ qalan yoxdur". /musavat.com/