Qənirə Paşayevanın vəsiyyəti niyə yerinə yetirilmədi?
21-10-2023, 13:50

Xəbər verdiyimiz kimi, Qənirə Paşayeva bir neçə il əvvəl orqanlarını bağışlamaq barədə qərar vermişdi.

AZİNFORM.AZ kulis.az-a istinadən xəbər verir ki, ölümündən sonra isə ürək-damar cərrahı Rəşad Mahmudov Qənirə xanımın vəsiyyətinin yerinə yetirilməsinin mümkünsüz olduğunu açıqlayıb.

O bildirib ki, Qənirə xanımın orqanlarının istifadəsi tibbi nöqteyi-nəzərdən qeyri-mümkündür: "Orqanların istifadəsi üçün sadəcə beyinin zədələnməsi və digər orqanların sağlam olması lazımdır. Qənirə xanımın bütün orqanların zədələnmişdi. Öz razılığı olsa belə, onun orqanlarından istifadə etmək tibbi nöqteyi-nəzərdən qeyri-mümkündür".

https://azinform.az/gundem/23180-qenire-pasayevanin-vesiyyeti-aciqlandi.html

AZİNFORM.AZ





up