Qarabağda 300-dən çox cinayət törətmiş erməni separatçısı beynəlxalq axtarışa verildi - Baş prokuror
1-10-2023, 11:44

“Qarabağda 300-dən çox cinayət törətmiş erməni separatçısı beynəlxalq axtarışa verilib”.

AZİNFORM.AZ-ın xəbərinə görə, bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Qarabağ münaqişəsi başlayandan erməni separatçıları tərəfindən törədilən cinayətlərin hamısı qeydə alınıb: “Tərəfimizdən həmin cinayətlərlə bağlı sübutlar toplanıb. Ümumilikdə belə 300 cinayət işi açılıb. 300-dən çox cinayət törətmiş şəxs beynəlxalq axtarışa verilib. Həmin işlərlə bağlı sübutlar var”.




up