Təslim olacağını deyən David Babayan haradadır?
30-09-2023, 10:43

Qarabağ separatçılarının “keçmiş xarici işlər naziri", son vaxtlar isə özünü xunta rejimi başçısının “müşaviri" kimi təqdim edən David Babayan sentyabrın 28-də Azərbaycana təslim olacağı barədə açıqlama vermiş və səhər saatlarında Xankəndidən Şuşaya gedəcəyini bildirmişdi.  

Lakin 2 gün keçməsinə baxmayaraq David Babayandan səs-soraq yoxdur.

AZİNFORM.AZ  xəbər verir ki, Ermənistan mətbuatında və sosial şəbəkələrdə Babayanla bağlı müxtəlif məlumatlar yayılır.

Amma hazırda onun harada olduğu barədə isə dəqiq məlumat verilmir.

Bu arada özünü buraxmış qondarma “Artsaxın keçmiş dövlət naziri” kimi təqdim olunan Artak Beqlaryan Ermənistan KİV-lərinə açıqlamasında deyib ki, David Babayan artıq saxlanılıb:

“Dünən gecə David Babayana zəng etdim, o, cavab vermədi, yəni güman edirəm ki, o, saxlanılıb”.

Azərbaycanın rəsmi qurumları da hələ ki, David Babayanla bağlı məlumat açıqlamayıb.  /modern.az/





up