"Keçid məntəqəsinə qədər biz Azərbaycan tərəfindən həbslərin şahidi oluruq ki, bu da son dərəcə narahatedici faktdır".
AZİNFORM.AZ xəbər verir ki, bunu Ermənistan hökumətinin sentyabrın 28-də keçirilən iclasında baş nazir Nikol Paşinyan deyib.
“Dövlət orqanlarımız bütün belə hallarda özbaşına həbs edilmiş şəxslərin hüquqlarını qorumaq, o cümlədən beynəlxalq məhkəmələrdə müdafiə etmək üçün proporsional addımlar atmalıdır. Bu məsələlər lazımınca həll olunana qədər bizim gündəmimizdə olmalıdır”.
Maraqlıdır ki, Paşinyan çıxışında Ruben Vardanyanın adını çəkməyib.
Xatırladaq ki, denən bir gün "Laçın" sərhəd-keçid məntəqəsində Qarabağdakı artıq özünü buraxan qondarma qurumun keçmiş "dövlət naziri" Ruben Vardanyan saxlanılıb. O, “terrorçuluğu maliyyələşdirməkdə” ittiham olunur. /bakupost.az/