“Qarabağda yaşayan erməni sakinlərin hüquqları təmin ediləcək” - Prezident
27-09-2023, 20:38

Qarabağda yaşayan erməni sakinlərin hüquqları təmin ediləcək.

AZİNFORM.AZ
xəbər verir ki, bu barədə Prezident İlham Əliyev ABŞ nümayəndə heyətini qəbul edərkən bildirib.

Qarabağ bölgəsində yaşayan erməni sakinlərin hüquqlarına toxunan Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycanda yaşayan digər etnik azlıqlar kimi, onların da hüquqları ölkə qanunvericiliyi və beynəlxalq öhdəliklər çərçivəsində təmin ediləcək.

Prezident qeyd edib ki, Azərbaycanın nümayəndələri ilə Qarabağın erməni sakinlərinin təmsilçiləri arasında reinteqrasiya istiqamətində dialoq aparılır.





up