DİGƏR XƏBƏRLƏR
Kəlbəcər rayonunun Qozlukörpü kəndində üçrəngli bayrağımız qaldırılıb.
AZİNFORM.AZ xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə yayılıb.
Xatırladaq ki, Qozlukörpü əvvəllər ləğv edilmiş Ağdərə rayonunun tərkibində olub.
Kənd 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. İkinci Qarabağ müharibəsindən sonra yaşayış məskəni Rusiya Sülhməramlı Qüvvələrinin nəzarət zonasına daxil olub.