DİGƏR XƏBƏRLƏR
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Xüsusi Tapşırıqlar üzrə səfiri Elşad İsgəndərovun sosial şəbəkə səhifəsində paylaşılmış foto maraqla qarşılanıb.
AZİNFORM.AZ xəbər verir ki, paylaşımda səmada quşların düzülüşünün tərsinə yazılmış A hərfi formasında olduğu vurğulanıb.
“Qarabağ səmasında (köçəri) quşların getməsi. Təbiət də işarələr göndərir”, – qeyd edilib.
Xatırladaq ki, Azərbaycan Ordusuna məxsus hərbi texnikaların üzərindəki tərsinə yazılmış A hərfi rezonans doğurmuşdu. Ekspertlər bu paylaşımın Azərbaycanın bütövlüyünə, Qarabağın rəsmi Bakının nəzarətinə keçəcəyinə işarə olduğunu bildirmişdilər.