Putindən Qarabağla bağlı vacib AÇIQLAMA
12-09-2023, 13:13

Ermənistan rəhbərliyi mahiyyətcə Azərbaycanın Qarabağ üzərində suverenliyini tanıyıb.

AZİNFORM.AZ xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.

O bildirib ki, Azərbaycan Qarabağda hansısa etnik təmizləmədə maraqlı deyil: "Ermənistan baş naziri Nikol Paşinyanla daim təmasdayam. Bu günlərdə ondan ətraflı məktub almışam”.

"Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb. Ermənistan özü Qarabağın statusunu müəyyən edib”, deyə Putin vurğulayıb.




up