DİGƏR XƏBƏRLƏR
Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarovun yaxın günlərdə vəzifəsi ilə vidalaşacağı bildirilir.
AZINFORM.AZ-ın Pravda.az-a istinadən xəbərinə görə, Siraqəddin Cabbarovu Daşkəsənin sabiq icra başçısı Əhəd Abıyev əvəzləyəcək.
Qeyd olunur ki, S.Cabbarov gedəciyini bilir, artıq hazırlıqlara başlayıb.
Xatırlatma: Bir müddət əvvəl işdən çıxarılmasından danışan Ə.Abıyev bildirmişdi ki, Aran rayonlarında işləyə bilər, hələ gümrahdır.
Ə.Abıyevlə əlaqə saxlasaq da, zənglərimizə cavab verməyib.