Aqil Qurbanov yüksək vəzifəyə təyin olundu
26-07-2023, 21:44

Müdafiə nazirinin müavini - Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi Aqil Qurbanova yüksək vəzifə verilib.

AZİNFORM.AZ xəbər verir ki,, o, Müdafiə nazirinin müavini - Baş direktor vəzifəsinə təyin olunub.

Qeyd edək ki, A.Qurbanov bundan oncə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2022 tarixli Sərəncamı ilə müdafiə nazirinin hərbi-texniki təchizat üzrə müavini, 27.02.2023-cü il tarixdən isə müdafiə nazirinin müavini - Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdi. 





up