Azərbaycan Respublikasının müdafiə nazirinə yeni müavin təyin edilib.
Aqil Səlim oğlu Qurbanov Prezident İlham Əliyevin 09.12.2022-ci il tarixli sərəncamı ilə müdafiə nazirinin müavini vəzifəsinə təyin olunub.
Modern.az saytının məlumatına görə, bu təyinatla müdafiə naziri, general-polkovnik Zakir Həsənovun müavinlərinin sayı 6-ya çatıb.
Onların siyahısını təqdim edirik:
General-polkovnik Kərim Vəliyev - 23.07.2021-ci il tarixdən müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi vəzifəsinə təyin edilib.
General-leytenant Nizam Osmanov - 23.07.2021-ci il tarixdən müdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilib.
General-leytenant Ənvər Əfəndiyev - 23.07.2021-ci il tarixdən müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı vəzifəsinə təyin edilib.
General-polkovnik Kərəm Mustafayev - 14.05.2014-cü il tarixdən müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordu Komandanı vəzifəsinə təyin olunub.
General-leytenant Ramiz Tahirov - 14.05.2014-cü il tarixdən müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin Komandanı vəzifəsinə təyin olunub.
Qeyd edək ki, nazirliyin saytında müdafiə nazirinin müavini – şəxsi heyət baş idarəsinin rəisi vəzifəsi boş göstərilib.
AZİNFORM.AZ
Facebook
Вконтакте
Одноклассники
Google+