Kəmaləddin Heydərov ona rütbə və vəzifə verdi – KİV
30-06-2023, 22:10

Fövqəladə Hallar Nazirliyində növbəti kadr dəyişikliyi olub.

AZİNFORM.AZ manset.az-a istinadən xəbər verir ki, bu barədə nazir general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmr imzalayıb.

Əmrə əsasən, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qobustan Dövlət Yanğından Mühafizə Hissəsinin rəis müavini, daxili xidmət mayoru Rafael Rəcəbov vəzifəsindən azad edilib. 

Nazirin digər əmri ilə o həmin hissənin rəisi təyin edilib.

Eyni zamanda Rafael Rəcəbova polkovnik-leytenant rütbəsi verilib.

 





up