Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramov Böyük Britaniya və Şimali İrlandiyanın kralı III Çarlzla görüşüb.
AZİNFORM.AZ xəbər verir ki, bu barədə XİN məlumat yayıb.
Ceyhun Bayramov Böyük Britaniyaya işgüzar səfəri çərçivəsində Ukraynanın Bərpası Konfransı öncəsində III Çarlzın Müqəddəs Ceyms Sarayında təşkil etdiyi qəbulda iştirak edib.