Belarus Rusiyadan “İskəndər” taktiki raket kompleksləri və S-400 zenit-raket kompleksləri alıb.
Bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko məlumat verib.
O, alınan silahların sayını açıqlamayıb, lakin qeyd edib ki, “ziyan” vurmaq üçün lazım olan qədər silah var. Lukaşenko söhbətin hansı ölkəyə ziyan vurmaqdan getdiyini izah etməyib.
Xatırladaq ki, fevral ayında Lukaşenko Belarus ərazisində Rusiyanın "İskəndər" və S-400-lərini yerləşdirmək istədiyini bildirib. Daha sonra o, Rusiyanın raket istehsalı sahəsində ölkəyə kömək edəcəyini bəyan edib. /modern.az/
AZİNFORM.AZ