“Seçkilərin nəticələri bilinməsə də, çox irəlidə olduğumuzu söyləyə bilərəm”.
AZİNFORM.AZ xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Ədalət və İnkişaf Partiyasının Baş qərargahında bildirib.
O, qeyd edib ki, Türkiyə bu seçkilərlə qabaqcıl demokratik ölkələrlə bir sırada yer tutduğunu bir daha sübuta yetirib:
"Hazırda ölkəmizdəki prezident seçkilərinin bitib-bitmədiyini bilmirik. 50 faizdən çox səs toplayaraq bu turu bitirəcəyimizə inanırıq. Çünki xaricdəki vətəndaşlarımızın səsləri hələ tam olaraq sayılmayıb. Seçki prosesinin şəffaflığına heç bir zərbə gəlmədən bu seçimləri tamamlaya biləcəyimizdən əminəm",- Türkiyə dövlət başçısı qeyd edib.