Zahid Oruc İranın xəyanətini faktlarla ortaya qoydu - VİDEO
7-04-2023, 15:50

"İşğaldan azad edilmiş torpaqlarımız minalar təmizləndiyi kimi, Azərbaycan xalqı da iranmeyillilərdən təmizlənməlidir".

AZİNFORM.AZ xəbər verir ki, bunu deputat Zahid Oruc Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı bildirib.

Millət vəkili Azərbycan məscidlərinin İran üçün qərargaha çevrildiyini qeyd edib:

“İran-Azərbaycan münasibətləri 1992-93-cü illəri çıxsaq, özünün ən aşağı səviyyəsinə düşüb.

“Sual olunur: hazırkı gərginliyə səbəb nədir? Dövlətçilik gücü artan Azərbaycan İranda narahatlıq yaradır. Paşinyanı dindirməyə qalxanlardan biri də İrandır. İran Şuşa Bəyannaməsinə oxşar, İrəvanla hərbi müqavilə imzaladı."

İran Parlamenti ilə Fransa hakimiyyəti necə də bir-birinə bənzəyir. İran Ordusu Ermənistanı havadan və qurudan qoruyur.

"İran narahatdır ki, Zəngəzur dəhlizi açılan kimi Ermənistanla məsafəsi uzanacaq. İranın ölkəmizdə dini bazası sarsılıb. Azərbaycan məscidləri İran üçün hərbi qərargaha çevrilib. Bunlar yolverilməzdir. Biz bu qədər xəyanətlərin nəticəsində belə qalib gəlmişik."

 Bu casuslar Azərbaycandan təcrid olunmasa, vəziyyət eyni qalacaq.

AZİNFORM.AZ





up