Deputat İrana sərt etirazını bildirdi: "Döyüşməyə hazırıq"
4-04-2023, 12:09

Milli Məclisin komitə sədri Siyavuş Novruzov deputat həmkarı Fazil Mustafaya qarşı terror aktına qarşı sərt etirazını bildirib.

“Həmkarımız Fazil Mustafaya qarşı həyata keçirilən terror aktı Azərbaycan dövlətinə qarşı terror aktıdır”.

AZİNFORM.AZ xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin aprelin 4-də keçirilən plenar iclasında çıxışı zamanı deyib. 

“İranın nə əqidəsi, nə inancı, nə də imanı var. Burda oturanlar isə əqidəli, inanclı və inamlı insanlardır”.

Deputat deyib ki, Azərbaycanı belə məsələlərlə qorxutmaq olmaz. İranın və başqa dövlətlərin əlaltılarına da xəbərdarlıq edirik ki, özlərini yığışdırsınlar”.

AZİNFORM.AZ





up