Gələn ay 14 gün iş olmayacaq
3-02-2023, 22:19

 Mart ayının qeyri-iş günləri açıqlandı.

AZİNFORM.AZ xəbər verir ki, bu ilin mart ayındakı bayramlarla əlaqədar qeyri-iş günü olacaq.

Martın 8-i Beynəlxalq qadınlar günü qeyri-iş günü hesab ediləcək.

2023-cü il martın 20, 21, 22, 23 və 24-ü Novruz bayramıdır. 18, 19 və 25, 26 mart tarixləri şənbə və bazar günlərinə təsadüf edir. Novruz bayramı ilə əlaqədar ardıcıl 9 gün iş olmayacaq.

Beləliklə, gələn ay həftəsonları da daxil olmaqla 14 gün iş olmayacaq.





up